Rusiya Ermənistan Elektrik Şəbəkəsini satışa çıxarıb.
"Report" xəbər verir ki, bu haqda Ermənistanda çıxan "Haykakan Jamanak" qəzeti məlumat yayıb.
Xəbərdə qeyd olunub ki, Rusiyanın nəzarətində olan şəbəkə ilə bağlı heç bir sövdələşmə əməliyyatı keçirilməyəcək, sadəcə müəssisənin "təhvil -təsilm" prosesi gerçəkləşdiriləcək.
Qəzet yazdığına əsasən, şəbəkənin Rusiyada fəaliyyət göstərən erməni iş adamının aldığına dair məlumatı müəssisədən təsdiqləməyiblər.
Ermənistan Elektrik Şəbəkəsi Rusiyanın "İnter RAO EES" (Rusiya Eneregetika və Elektirikləşəmə üzrə Açıq tipli Səhmdar Cəmiyyəti) şirkətinə daxildir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !