"Donbası düşünürdük, amma məlum oldu ki, Suriyaya gedirik”.
Rusiya Federasiyasının Şərq hərbi dairəsinin hərbi hissələrinin birinin leytenantı Aleksey N., öz ölkəsinin Yaxın Şərqdə qlobal planları barədə Novorossiyskə gəldikdən sonra öyrənib, oradan isə gəmilərdə silah və qoşunların daşındığını aşkarlayıb.
Oxu.Az xəbər verir ki, leytenant öz dostları ilə bu günlərdə Suriyaya yola düşəcəklərini öyrəndikdə "Qazeta.Ru”ya Yaxın Şərqə getmək istəmədiklərini bildirib.
"Biz Suriyaya getmək, orada həlak olmaq istəmirik”, - Aleksey deyib.
Bildirilir ki, avqustun 17-də Şərq hərbi dairənin hərbi hissələrindən birində komandanlıq müqavilə ilə xidmət edənlərin arasından onların fikrincə "daha perspektivli” olanlardan 20 nəfərlik bölük təşkil edib, bura bir neçə zabit və müqavilə üzrə xidmət edənlər də daxil edilib. Rəhbər mayoru təyin ediblər.
Yola düşməzdən öncə komandir onları hissədə toplayıb və onları "isti ölkəyə” göndərilə biləcəklərini elan edib.
"Komandanlıq ilə hərbi hissədə söhbətimiz olub. Bizə getdiyimiz ölkədə çox isti olacağını və gigiyenik qaydalara ciddi riayət etməyin və heç bir şərt altında hərbi hissənin ərazisindən kənara çıxmamağı tapşırdılar. Eləcə də bizə əsirlikdə və dindirilmədə özümüzü necə aparmalı olduğumuzu izah etdilər, - döyüşçü danışıb. – Bizə konkret olaraq adət etmədiyimiz iqlimin olacağını, ilanların əqrəblərin olacağını dedilər. Amma, Baş qərargahın məxfi sərəncamlarına istinad edərək, konkret hara göndərəcəklərini söyləmədilər”.
Hələ hərbi hissədə bütün yığma bölükdən xarici pasportlar üçün sənədləri toplayıblar.
Alekseyin sözlərinə görə, suriya münaqişəsini xatırlayana qədər, onları Donbasa göndərəcəklərini düşünürdülər.
"Donbası düşünürdük, amma məlum oldu ki, Suriyaya gedirik”, - deyə, o, bildirib.
"İndiyə qədər komandanlığımız açıq şəkildə hara getdiymizi demir. Alayımızn tərkibində bir neçə bölük var və bizə deyildiyinə görə, ən yaxşı 20 nəfəri yığıblar. Amma demək olar ki, hamı narazıdır və heç kim Suriyaya getməyə hazır deyil, qalan iki-üç nəfər komandanlığın bizi ora göndərməyəcəyini, ya Krıma ya da Osetiyaya gedəcəyimizi düşünürlər. Amma əgər gizlətməli bir məqam olmasaydı, komandanlıq dərhal hara getdiymizi deyərdi”.
Sentyabrın 7-də onlar Novorossiyskə çatıblar. Texnikanın eşalondan boşaldılması günorta olub, gecə isə artıq limanda yüklənmə başlayıb.
"Texnikadan qeydiyyat nömrələri çıxarıldı. Suriyada aviabazanın möhkəmləndirilməsi haqqında danışırdılar, - başqa bir müqavilə üzrə xidmət edən hərbçi bildirib. – Limanda yük boşaldanlardan biri bizimkilərin artıq oarada 4 aydır kampaniya apardığını dedi”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !