Rusiya Estoniya səfirindən ölkəni tərk etməsini istəyib

13:47 | 23.01.2023
Rusiya Estoniya səfirindən ölkəni tərk etməsini istəyib

Rusiya Estoniya səfirindən ölkəni tərk etməsini istəyib

Rusiya Xarici İşlər Nazirliyi Estoniya səfiri Marqus Laidre 2023-cü il fevralın 7-də Rusiyanı tərk etməsini istəyib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bazar ertəsi yayılan bəyanatında deyilir .
 
Məlumata görə, yanvarın 23-də Estoniya səfiri Marqus Laidre Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Estoniya hakimiyyətinin hərəkətləri ilə bağlı ona kəskin etiraz edilib.

Estoniya Rusiyanın Tallinndəki səfirliyinin miqyasını kökündən azaltmaq üçün yeni qeyri-dost addım ataraq ölkələr arasında münasibətlərin pozulması ilə əlaqələndirib.
 
"Rusiya və Estoniya arasında münasibətlərdə belə vəziyyətin inkişafına görə bütün məsuliyyət tamamilə Estoniya tərəfinin üzərinə düşür. Biz Estoniya rəhbərliyinin düşmən addımlarına cavab verməyə davam edəcəyik", - nazirlik bildirib. 
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb