Rusiya Federasiya Şurası Azərbaycanda seçki prosesini izləyəcək

16:24 | 02.02.2024
Rusiya Federasiya Şurası Azərbaycanda seçki prosesini izləyəcək

Rusiya Federasiya Şurası Azərbaycanda seçki prosesini izləyəcək

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda keçiriləcək prezident seçkilərinin monitorinqində iştirak edəcək. Bu barədə parlamentin yuxarı palatasının mətbuat xidməti məlumat yayıb.

"Fevralın 5-dən 8-dək olan müddətdə senatorlar Azərbaycandada növbədənkənar prezident seçkilərini müşahidə etməkdə iştirak edəcəklər. Federasiya Şurasının nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin başçılıq edəcək. ” - məlumatda deyilir. 

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində müşahidəçi kimi iştirak üçün Xarici İşlər Nazirliyi tərəfindən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatının Gənclər Təşkilatına müvafiq notalar göndərilib.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM