Rusiya Finlandiyaya etiraz notası göndərib

21:57 | 29.10.2024
Rusiya Finlandiyaya etiraz notası göndərib

Rusiya Finlandiyaya etiraz notası göndərib

Rusiya Finlandiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.Bu barədə Rusiyanın diplomatik nümayəndəliyi məlumat yayıb.

"Səfirlik Finlandiyada Rusiya daşınmaz əmlakının müsadirəsi ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün işlərini davam etdirir. Oktyabrın 29-da Finlandiyanın Məhkəmə İcraçıları Xidmətinə xidmətin məhdudlaşdırıcı tədbirlər gördüyü 40-dan çox obyektin siyahısı daxil olub. Bütün qeyd olunan daşınmaz əmlak Rusiya Federasiyasına məxsusdur.Ümid edirik ki, Finlandiya Məhkəmə İcraçıları Xidmətinin qərarına yenidən baxılacaq”, - məlumatda qeyd olunub.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM