Kiçik raketli və artilleriya gəmiləri "Qrad Sviyajsk”, "Uqliç”, "Volqodonsk” və "Maxaçkala” Xəzəryanı dövlətlərin HDQ-sı (Hərbi Hava Qüvvələri) ilə təlimə hazırlığa başlayıblar.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Rusiyanın Cənub hərbi əyalətinin mətbuat xidməti bildirib.
"Heyət hazırlıq prosesində müxtəlif mövzulu təlimlər keçirəcəklər. Onlar birgə manevr etmək, hava və dəniz hədəflərinə artilleriya sistemlərindən atəş açmaqla, müxtəlif növ təlimlər keçirəcəklər”, - relizdə deyilib.
İyunda Hərbi xidmət tapşırıqlarının yerinə yetirilməsi çərçivəsində Rusiyanın HDQ gəmiləri Bakı (Azərbaycan) və Aktau (Qazaxıstan) limanlarına giriş edəcəklər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !