ANN.Az "APA-Economics”ə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan "SOCAR-Türkiyə”nin baş icraçı direktoru Kənan Yavuz yerli "Vatan” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu rəqəm Rusiyanın Qərblə münasibətlərində tutduğu mövqeyindən əl çəkdiyi zaman dəyişə bilər: "Rusiya geri bir addım atdığında, neftin qiyməti 100 dollardan üstün olacaq. Hazırkı qiymətlərə bel bağlayaraq gələcək addımlarımızı planlaşdırmamalıyıq”.
K. Yavuz həmçinin bildirib ki, dünya neft bazarında "gələcəkdə nələrin baş verdiyi yalnız və yalnız ABŞ-ın qərarları ilə bağlıdır”. "Çünki ABŞ-ın şist qazını istehsal edərək, enerji təhlükəsizliyi baxımından müstəqil bir ölkəyə çevrilib”, - deyə o, izah edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !