Rusiya Gürcüstana növbəti dəfə kömək təklif etdi

12:45 | 16.06.2015
Rusiya Gürcüstana növbəti dəfə kömək təklif etdi

Rusiya Gürcüstana növbəti dəfə kömək təklif etdi

Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Vladimir Puçkov bildirib ki, rəhbərlik etdiyi qurum növbəti dəfə daşqından ziyan çəkmiş Gürcüstana öz köməkliyini təklif edib.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 130 rusiyalı xilasedici fəlakət zonasına dərhal yollanmağa hazırdır.

Bundan əvvəl Gürcüstan təbii fəlakətin fəsadlarının aradan qaldırılmasında Rusiyanın yardım təklifini nəzərə alacağını bildirmişdi.

"Mən dünən gürcü həmkarım ilə əlaqə yaradaraq xilasetmə əməliyyatının aparılmasına dair bütün məsələləri müzakirə etdim. Mən başsağlığı verərək növbəti dəfə Rusiyanın köməyini təklif etdim”, - deyə Puçkov jurnalistlərə bildirib.

Puçkov qeyd edib ki, Rusiyadan fəlakət zonasına iki "İl-76” tipli təyyarə və daşqın fəsadlarının aradan qaldırılmasında böyük təcrübəyə malik 130 xilasedici yollanmağa hazırdır.

"Biz hələ də gürcü həmkarlarımızdan cavab gözləyirik”, - deyə Rusiya FHN-in rəhbəri bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM