Rusiya hara gedir? - ŞƏRH

17:49 | 03.11.2014
Rusiya hara gedir? - ŞƏRH

Rusiya hara gedir? - ŞƏRH

Viktor ŞenderoviçAdamın pulu azalanda, nə edir? O, öz xərclərinə diqqət yetirir və ən çox ehtiyac duyduğu şeylərlə məhdudlaşaraq əlavə xərclərə yol vermir.Bəs Rusiya maddi cəhətdən sıxıntı çəkəndə nə edir?Elə buradaca, yeri gəlmişkən, bu sualı vermək lazımdır: nooldu birdən-birə?Bu sadə suala verilən cavab kənar müşahidəçini təəccübləndirəcək: pul ona görə azaldı ki, Rusiya kontinental miqyasda hay-küy qopardı, özü-özünü "böyük səkkizlikdən" və bütün xarici maliyyə bazarlarından qovdu və könüllü olaraq Venesuellanın bənzərinə çevrildi.Nəyin uğrunda?— belə yerdə heyrətlənmiş müşahidəçi soruşacaq və düz Tütçevin yanına göndəriləcək. Demişdim axı: ağılla anlamaq mümkün deyil! Bacarırsansa — inan, bacarmırsansa — sakit otur, heyrətlən.Yaxşı. Beləliklə…Putin Rusiyası maddi cəhətdən sıxıntı çəkməyə başlarkən, bütün proqnozlar dinamikanın pisləşməsini göstərərkən, kapital ölkədən qaçmağa, neftin qiyməti düşməyə, bir sözlə, hər şey paslı tasla örtülməyə başlarkən, Kreml ciddi iqtisadiyyat rejiminə keçdi və həyati əhəmiyyətli nəsnələrə köklənib, büdcənin artıq xərclərini istisna etdi.Daha dəqiq: deputatlarla məsləhətləşdilər, həkimləri işdən çıxartdılar, xəstəxanaları və doğum evlərini bağladılar və hərbi büdcəni görünməmiş dərəcədə, demək olar ki, üç dəfə artırdılar!Bizim dövlətimiz insanlar üçün deyil!ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM