Rusiya hərbçiləri Ermənistanda təlim keçir

23:18 | 15.10.2024
Rusiya hərbçiləri Ermənistanda təlim keçir

Rusiya hərbçiləri Ermənistanda təlim keçir

Rusiya hərbçiləri Ermənistanda təlimlərə başlayıb.Bu barədə Rusiyanın Ermənistandakı səfirliyi xəbər yayıb.

Bildirilir ki, Rusiya Müdafiə Nazirliyinin Ermənistandakı Cənub Hərbi Dairəsinin hərbi bazasının poliqonunda batalyon taktiki təlimlərinə start verilib.

Təlimlərdə hərbi qulluqçular tabor taktiki qrupuna daxil olan bölmələr arasında döyüş və qarşılıqlı fəaliyyətin təşkili üzrə tapşırıqları məşq edirlər.

Təlimlərin birinci mərhələsində döyüşə hazırlığının ən yüksək səviyyəsinə çatdırılması, cəmləşmə zonasına yürüş, komanda məntəqələrinin yerləşdirilməsi və təchiz edilməsi, texnikanın kamuflyaj və yerləşdirilməsi, döyüş zastavalarının təşkili kimi tədbirlər hazırlanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM