Rusiya hərbçilərinin olduğu xəstəxanada partlayış olub, ölən var

21:30 | 28.01.2023
Rusiya hərbçilərinin olduğu xəstəxanada partlayış olub, ölən var

Rusiya hərbçilərinin olduğu xəstəxanada partlayış olub, ölən var

Ukraynanın Luqansk vilayətinin işğal altında olan Novoaydar şəhərində Rusiya hərbçilərinin müalicə aldığı xəstəxanada partlayış olub.

Bunu Luqansk hərbi administrasiyasının rəhbəri Sergiy Qayday teleqramda bildirib.

Hadisə nəticəsində "müalicə alan onlarla” rusiyalı hərbçi ölüb.

Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi bu insidentdə Ukrayna hərbçilərini ittiham edərək onların HIMARS raketi ilə zərbə endirdiklərini iddia edib. Müdafiə qurumunun məlumatına görə, olayda 14 nəfər ölüb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM