ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu ilki hesabat cədvəlində 10 Rusiya silah istehsalçıları şirkəti daxil olub. Rusiya müəssisələri bu il yüksək artım göstərsələr də ilk onluğa düşə bilməyiblər. Qərbi Avropa və ABŞ silah istehsalçılarının bazarda ümumi payı 50,3% təşkil edib.
Bu ilki onluqda demək olar ki, ciddi bir dəyişiklik olmayıb. Yalnız bir fransız şirkəti onluğa düşə bilib. Reytinq 2013-ci ildə silah satışından büdcəyə daxil olan məlumatlara əsasən tərtib edilib. Siyahıda olan 100 şirkətin ümumi mədaxili 402 mlrd. dollar olub.
Siyahıda diqqət çəkən bir məqam Rusiya və Ukrayna şirkətləri ilə bağlıdır. Belə ki, reytinq cədvəlində Rusiya şirkətləri yerlərini bir xeyli yaxşılaşdırıb, Ukrayna silah istehsalçıları isə geriləməyə davam edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !