Rusiya Hindistana xəbərdarlıq edib - SƏBƏB

15:19 | 23.05.2023
Rusiya Hindistana xəbərdarlıq edib - SƏBƏB

Rusiya Hindistana xəbərdarlıq edib - SƏBƏB

Rusiya Hindistana Rusiyanın Maliyyə Fəaliyyət Qrupunun (FATF) qara siyahısına salınmasının mənfi nəticələri barədə xəbərdarlıq edib. Bloomberg mənbələrə istinadən xəbər verir ki, söhbət müdafiə, nəqliyyat və enerji sektorları da daxil olmaqla bir sıra əsas iqtisadi sektorlarda ikitərəfli əməkdaşlığın çətinliyindən gedir.

Bu il fevralın sonunda FATF rəhbərliyi Rusiyanın təşkilatdakı üzvlüyünü dayandırıb. Bundan sonra Ukrayna hakimiyyəti FATF-ın Moskvanı hazırda İran, Şimali Koreya və Myanmanın daxil olduğu qara siyahıya daxil etməsində israr edib. Hazırda Rusiya əsas ticarət tərəfdaşlarını belə bir ssenariyə qarşı xəbərdar etməyə çalışır.

Kreml Hindistan da daxil olmaqla hökumətlərə üstüörtülü təzyiq göstərir, Rusiyanı maliyyə pariyasına çevirmək üçün gözlənilən addımları əngəlləməsələr, müdafiə və enerji sazişlərini pozmaqla hədələyir. Rusiya çirkli pulların yuyulmasına qarşı qlobal təşkilatın iyun toplantısı ərəfəsində kommersiya tərəfdaşlarını hədəfə alır.


Əgər FATF rəhbərliyi Rusiya ilə bağlı bu addımı atsa, üzv dövlətlər, eləcə də banklar, ödəniş emal edən investisiya şirkətləri Moskva ilə aparılan əməliyyatlar üzrə gücləndirilmiş yoxlama aparmalı olacaqlar. Eyni zamanda, ən ciddi hallarda beynəlxalq maliyyə sistemini qorumaq üçün əks tədbirlər görməyə məcbur olacaqlar.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM