Lozannadakı İdman Arbitraj Məhkəməsi (CAS) Ümumdünya Antidopinq Agentliyinin (WADA) Rusiyanın dopinqə görə böyük idman yarışlarından kənarlaşdırılması haqqında 2019-cu ilin dekabrındakı qərarını təsdiqləyib.
Cəzanın müddəti 2022-ci ilin dekabrın 16-da başa çatacaq.
2018-ci ildə Pxençxanda keçirilən Qış Olimpiya Oyunlarında himnsiz və neytral bayraq altında çıxış edən Rusiya idmançıları 2021-ci ildə Tokiodakı oyunlarda və 2022-ci ildə Pekindəki Olimpiada da eyni şəkildə iştirak etməli olacaq.
Bununla yanaşı, ölkə böyük idman tədbirlərinə ev sahibliyi də edə bilməyəcək
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !