Rusiya ildə 180 milyard itirəcək

17:30 | 20.02.2015
Rusiya ildə 180 milyard itirəcək

Rusiya ildə 180 milyard itirəcək

Neftin qiymətlərinin bir barel üçün 100 dollardan 50 dollara qədər ucuzlaşması səbəbindən Rusiya büdcəsinin itkiləri bir ildə 180 milyard dollardan ibarət olacaq.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu dəyərləndirməni TASS-a Rusiya Maliyyə Nazirliyinin departament direktoru Maksim Oreşkin bildirib.

Yalnız vergilərdən olan düşən gəlirlər 2,1 trilyon rubl və ya planlaşdırılmış gəlirlərin 14 faizi olacaq.

Rusiya İqtisadi İnkişaf Nazirliyi 2014-cü ilin dekabr ayının 2-də Rusiyanın 2015-ci il üçün sosial-iqtisadi proqnozunu korrektə edib. Bura neftin bir barel üçün 50 dollar ortaillik qiyməti də daxil edilib. Nazirliyin proqnozlarına görə, rusiyalıların gəliri 9 faiz azalacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM