Rusiya ilə ikitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil - Prezident

16:52 | 20.07.2024
Rusiya ilə ikitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil - Prezident

Rusiya ilə ikitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil - Prezident

İkitərəfli münasibətlərdə (Rusiya ilə - red.) həll oluna bilməyən məsələ mövcud deyil və uzun müddətdir ki, belədir. Hətta müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalanandan əvvəl də belə deyildi.Bu fikirləri Prezident İlham Əliyev "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib.

"Biz qarşılıqlı hörmət, qarşılıqlı anlayış, qarşılıqlı maraqların gözlənilməsi və uzun əsrlər boyu xalqlarımız arasında əlaqələrə əsaslanaraq bbmünasibətləri formalaşdırırıq. Doğrudan da son dövrlərdə yüksək səviyyəli görüşlərin intensivliyi artıb, buna böyük ehtiyac var. Biz apreldə Moskvada, bu ayın əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində görüşmüşük (Rusiya Prezidenti Vladimir Putinlə – red.) və güman ki, ilin sonuna qədər yenə görüşlər olacaq, mövzular çox genişdir”, - deyə dövlət başçısı əlavə edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti