2015-ci ilin üçüncü rübündə Rusiya iqtisadiyyatı 4.1 faiz azalıb. Səbəb neftin qiymətinin düşməsi və Ukrayna böhranına görə Qərbin qoyduğu sanksiyalardır.
Dövlət Statistika Komitəsi, Rosstat-ın noyabrın 12-də açıqladığı rəqəmlərə görə, ötən ilin 3-cü rübü ilə müqayisədə yüngülvari yaxşılaşma var. Belə ki, həmin dövrdə azalma 4.3 faiz idi.
Hökumətin son hesablamaları iqtisadiyyatın 2015-ci ildə 3.9 faiz düşəcəyini üzə çıxarıb. Dünya Bankı sentyabrda proqnozlaşdırıb ki, bu il ölkə iqtisadiyyatı 3.8 faiz düşəcək. Daha öncəki proqnoz 2.7 faiz idi.
Hazırda beynəlxalq bazarlarda neftin bir barelinin qiyməti 47 dollardır. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !