“Rusiya İrana 5 milyard dollar məbləğində ixrac krediti ayırmağa hazırdır”

11:10 | 24.11.2015
“Rusiya İrana 5 milyard dollar məbləğində ixrac krediti ayırmağa hazırdır”

“Rusiya İrana 5 milyard dollar məbləğində ixrac krediti ayırmağa hazırdır”

Rusiya və İran əmtəə nomenklaturasının diversifikasiyasına diqqətlə yanaşaraq ticarət əlaqələrinin dinamikasını artırmaq və aralarındakı hesablamalarda milli valyutaların daha geniş istifadə etmək niyyətindədirlər.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Tehranda bəyan edib.

Onun sözlərinə görə, tərəflər həmçinin sənaye kooperasiyasını da aktivləşdirəcəklər: "Rusiya bu məqsədlə İrana 5 milyard dollar məbləğində ixrac krediti ayırmağa hazırdır”.  Putin əlavə edib ki, birgə əməkdaşlıq üçün 35 prioritet layihə seçilib. Onlar energetika, tikinti, dəniz terminalları, dəmiryolu və s. sahələri əhatə edir. Bundan başqa, Rusiya prezidentinin sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı İranla azad iqtisadi zonanın yaradılması imkanlarını nəzərdən keçirəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM