• $ 1.7
  • € 1.9908
  • ₽ 0.021208
  • ₺ 0.0405
  • £ 2.2869

Rusiya İrana ildə 55 milyard kubmetr qaz satmaq niyyətindədir

Rusiya İrana ildə 55 milyard kubmetr qaz satmaq niyyətindədir
20.01.2025 16:48
Rusiya Prezidenti Vladimir Putin İran üçün qaz kəməri tikmək planını elan edib. Bu layihə perspektivdə Qərbi Asiya ölkəsinə ildə 55 milyard kubmetr (bcm) qaz nəql etməyə imkan verəcək. 

İran və Rusiya arasında qaz sahəsində əməkdaşlıqla bağlı bəzi detallar və bu əməkdaşlığın tarixinə diqqət edək. 

Rusiyanın İrana qaz satışına dair əvvəlki planlar

İran dünyada Rusiyadan sonra ən böyük ikinci qaz ehtiyatına malikdir. Lakin ABŞ-ın tətbiq etdiyi sanksiyalar texnologiyaya çıxışı çətinləşdirir və qaz ixracının inkişafını ləngidir.

2022-ci ilin iyulünda İranın Milli Neft Şirkəti (NIOC) və Rusiyanın enerji nəhəngi "Qazprom" (GAZP.MM) təxminən 40 milyard dollar dəyərində qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

"Qazprom" NIOC-a Kiş və Şimal Pars qaz yataqlarının, eləcə də altı neft yatağının işlənməsində kömək etməyi öhdəsinə götürüb. Şirkət, həmçinin mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı layihələrinin tamamlanması və qaz ixracı üçün boru kəmərlərinin tikintisində iştirak etməyi planlaşdırırdı.

Yeni planlar

2024-cü ilin iyununda "Qazprom" və İranın Milli Qaz Şirkəti (NIGC) Rusiyadan İrana boru kəməri qazının ixracı ilə bağlı qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

Cümə günü Putin tərəfindən elan edilən yekun hədəf – təklif edilən boru kəməri vasitəsilə ildə 55 milyard kubmetr qaz nəql etməkdir. Bu həcm, əvvəllər Rusiyadan Almaniyaya qaz ixrac edən "Şimal Axını – 1" boru kəmərinin ötürmə gücünə bərabərdir.

Rusiyadan İrana ilkin qaz tədarükləri illik 2 milyard kubmetr həcmində ola bilər. Rusiya energetika naziri Sergey Tsivilyevin "İnterfaks" agentliyinə verdiyi məlumata görə, marşrutun Azərbaycan vasitəsilə keçməsi mümkündür.

Azərbaycanın Rusiya ilə sərhədini və Azərbaycanı birləşdirən qaz kəmərinin gücü illik 4 milyard kubmetr təşkil edir.

Enerji məsələləri üzrə  ekspert İlham Şabanın sözlərinə görə,  Rusiyanın İrana qaz idxal etmək istəyi kommersiya deyil siyasi məqsəd güdür. 

"Rusiya və İran böyük qaz hasilatçısıdır. Fikrimcə, bu memorandum kommersiya anlaşması deyil, siyasi maraqlara xidmət edir. İran ötən il 260 milyard kubmetrə yaxın qaz istehsal edib",- ekspert Anews-a açıqlamasında bildirib.

Şabanın fikrincə, Rusiya İrana qaz ixrac etməklə ölkənin şərq bazarına çıxış əldə etmək istəyir. 

"Rusiya-Ukrayna müharibəsi 2025-ci ildə bitsə belə, Rusiya qazının Avropaya geri dönüşü faktiki mümkün deyil. Bu səbəbdən Rusiya şərq bazarlarına üz tutur, xüsusilə Hindistan və Pakistan kimi ölkələrə fokuslanıb. Bu səbəbdən də Rusiya İranla qaz sahəsində tərəfdaşlıq etmək istəyir",  -  Şaban əlavə edib.  

Ekspert Rusiyadan İrana nəql olunacaq qazın Azərbaycan boru kəmərləri vasitəsilə  ötürülməsinə münasibət bildirərkən vurğulayıb ki, bununüçün yeni əmərlərin tikintisinə ehtiyac var. 

"Reallıqda Rusiyadan Azərbaycan vasitəsilə İrana 5 milyard kubmetr qaz ötürülə bilər. Əgər 55 milyard kub metr qaz ötürüləcəksə, bizim ərazidə yeni 4-5 qaz boru kəmərinin çəkilməsinə ehtiyac var",  - ekspert deyib. 


İran–Pakistan qaz kəməri

Gələcək planlara İran–Pakistan qaz kəməri layihəsi də daxil ola bilər. Rusiya bu layihədə uzun müddətdir iştirak etməyi planlaşdırır. Lakin layihənin həyata keçirilməsi Tehrana qarşı sanksiyalar və siyasi fikir ayrılıqları səbəbindən çətinləşib.

İlk mərhələdə layihədə Hindistan da iştirak edirdi. Lakin 2009-cu ildə Vaşinqtonun təzyiqi ilə layihədən çıxdı.

Bundan əlavə, Hindistan və Pakistan arasındakı siyasi qarşıdurma qaz kəməri planlarını daha da mürəkkəbləşdirib.

N.Təbrizli
Firayə Nurizadə











www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 1 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 10:53
Azərbaycan neftinin qiyməti 1 dollara yaxın ucuzlaşıb
İranda Taftan vulkanı yenidən aktivlik göstərib
İqtisadiyyat 17:27
İranda Taftan vulkanı yenidən aktivlik göstərib
Rusiya nefti kəskin ucuzlaşıb
İqtisadiyyat 17:00
Rusiya nefti kəskin ucuzlaşıb
Regionlarda idmanın inkişafı üçün sosial tərəfdaşlıq: Qırmızı Ürəklər Fondu və Cüdo Federasiyası əməkdaşlığa başladı
İqtisadiyyat 14:00
Regionlarda idmanın inkişafı üçün sosial tərəfdaşlıq: Qırmızı Ürəklər Fondu və Cüdo Federasiyası əməkdaşlığa başladı
Стартует конкурс «EY Предприниматель года» при
поддержке Банка ABB
İqtisadiyyat 13:57
Стартует конкурс «EY Предприниматель года» при поддержке Банка ABB
ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı”müsabiqəsi başlanır
İqtisadiyyat 13:46
ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı”müsabiqəsi başlanır
“Nar” “Çoox Şanslı” lotereyasına start verdi
İqtisadiyyat 11:58
“Nar” “Çoox Şanslı” lotereyasına start verdi
Naxçıvanda indiyə qədər 4 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb
İqtisadiyyat 10:51
Naxçıvanda indiyə qədər 4 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb
Azərbaycan neftinin qiyməti 64 dollardan aşağı enib
İqtisadiyyat 10:29
Azərbaycan neftinin qiyməti 64 dollardan aşağı enib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol