Rusiya İrana S-300 raket sistemləri göndərilməsinə başlayıb.
Bu barədə dekabrın 3-də Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə müşaviri Vladimir Kozhin məlumat verib.
Amma o əlavə detallara atdınlıq gətirməyib.
İranın Moskvadakı səfiri Mehdi Sanai artıq noyabrın sonlarından İrana s-300 raket sistemi göndərildiyini bildirib.
Yeni müqavilə bu ilin sentyabrında-prezident Vladimir Putinin İrana silah embarqosunu götürməsindən sonra imzalanıb.
Rusiya 2010-cu ildə BMT-nin sanksiyalarına görə İrana S-300 sistemlərinin göndərilməsini dayandırmışdı.
Amma bu il İranla 6 aparıcı ölkə arasında imzalanan nüvə sazişindən sonra Putin məsələni yenidən gündəmə gətirib.
Bu sazişdə İranın nüvə fəaliyyətini dondurması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların ləğvi nəzərdə tutulur. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !