İran yaxın müddət ərzində Rusiyadan C-300 zenit-raket kompleksini əldə etmək niyyətindədir.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdollahian bildirib.
"Bu məsələ ilə bağlı görüşlər və danışıqlar uğurla başa çatıb”, deyə İran XİN rəsmisi qeyd edib.
Qeyd edək ki, 2015-ci ilin aprelində Rusiya prezidenti Vladimir Putin İrana C-300 zenit-raket komplekslərinin verilməsi ilə bağlı qadağanı ləğv edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !