Rusiya İranın neft və polad alıcılarını ələ keçirir

21:54 | 19.05.2022
Rusiya İranın neft və polad alıcılarını ələ keçirir

Rusiya İranın neft və polad alıcılarını ələ keçirir

Rusiyanın neft müştərilərinə əhəmiyyətli dərəcədə endirim təklif etməsi nəticəsində İranın 40 milyon barel neftlə yüklənmiş tankerləri Şərqi Asiyada alıcısız qalıb. 

Bu barədə məlumat yayan "Reuters" agentliyi bildirib ki, sanksiyalar səbəbindən Rusiya qara qızılını sata bilmək üçün Qərb bazarlarından Şərqə doğru yönəlib.

Böyük məbləğdə endirimlər isə, hətta Çinin də İranın əvəzinə, nefti Rusiyadan alması ilə nəticələnib. 

Hazırda 40 milyon ton neft yükü olan İranın 20 böyük tankeri Asiya sularında lövbər salaraq müştəri axtarışındadır. 

Eyni zamanda İranın "Şərq" qəzeti bu gün yaydığı xəbərdə bildirib ki, Rusiyanın təklif etdiyi böyük həcmdə endirimlər nəticəsində İranın satışına ciddi zərər dəyib. 

İranın Polad İstehsalçıları Birliyinin idarə heyətinin üzvü Rza Şəhrestani qəzetə bildirib ki, Rusiya polad alıcılarına 15-20 faiz endirim təklif edir. Bu səbəbdən İranın polad ixrac etdiyi əsas ölkələr olan Çin, Əfqanıstan, Tayland və Cənubi Koreya artıq Rusiyadan polad almağa başlayıblar.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM