Rusiya İranla birgə əməliyyata hazırlaşır

21:28 | 07.10.2015
Rusiya İranla birgə əməliyyata hazırlaşır

Rusiya İranla birgə əməliyyata hazırlaşır



Bu ilin iyul ayında iranlı general, "el-Quds” bölməsinin rəhbəri Kassem Süleymani Moskvaya səfərə gedib. Modern.az xarici mediaya istinadən bildirir ki, ona orada Suriya prezidenti Bəşər Əsədin hökumət qüvvələrinin dalbadal uğursuzluğuna baxmayaraq, Rusiyanın köməyi ilə qələbə qazanmasını nəzərdə tutan plan təqdim edib.

Xəbərdə bildirilir ki, iranlı general Suriyadakı situasiya ilə bağlı öz baxışlarını da açıqlayıb.

 "Süleymani stolun üstünə Suriyanın xəritəsini qoyub. Ruslar çox narahat idilər və Bəşər Əsəd rejimi üçün təhlükəni başa düşürdülər. İranlılar onları inandırıblar ki, situasiyanı dəyişmək imkanları var. Həmin an Süleymani onları inandırır ki, hər şey itirilməyib”, - məlumatda vurğulanır.

Xəbərdə o da qeyd edilir ki, İran və Rusiya Suriyadakı üsyançıların uğurlarından ciddi narahat olduqlarından bir neçə ay bu ölkədə hərbi əməliyyat planlaşdırıblar. Həmin plana görə, Rusiya üsyançılara qarşı havadan zərbə vurmalı, İran isə xüsusi qüvvələr vasitəsilə qurudan mübarizə aparmalıdır.

Xarici mənbələrin iddiasına görə, general Süleymani İran və Rusiyanın Suriyada yeni hücum əməliyyatlarında başlıca simalardan biri hesab edilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM