​Rusiya İŞİD-ə qarşı strateji bombardmançılardan istifadə etməyə başladı

12:46 | 18.11.2015
​Rusiya İŞİD-ə qarşı strateji bombardmançılardan istifadə etməyə başladı

​Rusiya İŞİD-ə qarşı strateji bombardmançılardan istifadə etməyə başladı

 Rusiya Suriyada "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına (İŞİD) qarşı ilk dəfə strateji bombardmançılardan istifadə etməklə aviazərbələrin intensivliyini iki dəfə artırıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinə müdafiə naziri Sergey Şoyqu çərşənbə axşamı məruzə edib.

Çərşənbə axşamı Rusiyanın Suriyada hərbi əməliyyatlara başlamasından bu yana ilk dəfə olaraq, Uzaq aviasiya İŞİD-ə zərbə endirib.

Uzaq aviasiyanın komandanı Anatoli Jixaryevin məlumatına görə, Suriyada ilk olaraq "Tu-22M" bombardmançıları havaya qalxıb. 12 təyyarə, xüsusilə İŞİD-in istinadgahı hesab olunan Rakka əyalətindəki obyektlərə hücum edib. Ardınca strateji "Tu-95MS" və "Tu-160" təyyarələri yollanıblar. Onlar İdlib və Hələb əyalətlərindəki hədəflərə 34 qanadlı raket atıblar. Daha bir bombardman dalğası birbaşa hərbçilərin prezidentə məruzə zamanı aparılıb.

Şoyqu qeyd edib ki, Rusiya aviasiyası bundan sonra da İŞİD-ə kütləvi zərbələri davam etdirəcək. "Gücümüz və vasitələrimiz kifayət qədərdir", - deyə o, prezidenti əmin edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM