Rusiya hərbi təyyarələri Suriyanın qədim Palmira şəhəri yaxınlığında İslam Dövləti qruplaşmasının hədəflərinə zərbələri artırıb. Məlumatı noyabrın 2-də Rusiya Müdafiə Nazirliyi və monitorinq qrupları bildirib.
Nazirlik vurulan hədəfləri də sadalayıb. Monitorinq qrupları isə dinc sakinlərin və tarixi yerlərin də dağıldığını bildirir.
Suriya İnsan Haqları təşkilatı tarixi bir qəsrin də vurulduğunu bəyan etsə də, nazirlik bunu təkzib edib.
Homs vilayətində isə azı 10 nəfərin öldürülməsi barədə məlumat var.
Rusiya son iki gündə Suriyada 273 hədəfə zərbələr endirdiyini bəyan edir. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !