• $ 1.7
  • € 1.9581
  • ₽ 0.020781
  • ₺ 0.0445
  • £ 2.2754

Rusiya İsrailin Livana genişmiqyaslı hücumlarını kəskin şəkildə pisləyib- Rusiya XİN

Rusiya İsrailin Livana genişmiqyaslı hücumlarını kəskin şəkildə pisləyib- Rusiya XİN
24.09.2024 16:18
Moskva İsrailin Livana qarşı genişmiqyaslı hərbi hücumlarını kəskin şəkildə pisləyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
 
Diplomat Livandakı son eskalasiyanın dərin narahatlıq doğurduğunu vurğulayıb.
 
"Sentyabrın 23-də İsrail rəhbərliyi İsrail Müdafiə Qüvvələrinin Hizbullah hərəkatının hərbi infrastrukturunu sarsıtmağa yönəlmiş "Şimal oxları” adlı hücum əməliyyatına başladığını elan edib. İsrail Hərbi Hava Qüvvələri Livan boyu kütləvi hava hücumları həyata keçirib, ölkənin cənubunda və şərqində onlarla yaşayış məntəqəsi hədəfə alınıb. Hizbullah da öz növbəsində İsraildəki hərbi obyektlərə raket hücumlarını gücləndirib”, - o əlavə edib.

O bildirib ki, xüsusilə mülki şəxsləri hədəf alan, ayrı-seçkilikdən kənar hücumların yolverilməzliyini vurğulayıb.

"Biz daha çox qan tökülməsinin qarşısını alacaq və vəziyyəti siyasi-diplomatik həllə doğru irəliləməyə şərait yaradan hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq. Biz Yaxın Şərqin dağıdıcı nəticələri istər regionda, istərsə də ondan kənarda hamıya təsir edəcək genişmiqyaslı silahlı münaqişəyə girməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməliyik", - Zaxarova vurğulayıb.

Bundan əlavə, diplomat Rusiya vətəndaşlarına Livana səfərdən çəkinmək üçün cari tövsiyələri xatırladıb. 

Bir gün əvvəl İsrail ordusunun sözçüsü Daniel Həcəri bildirib ki, ölkənin hava qüvvələri Livan boyu Hizbullah şiə hərəkatının 1300 hərbi obyektinə zərbələr endirib. Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin reydləri nəticəsində 490-dan çox adam ölüb, 1600-dən çox insan yaralanıb.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Lavrov Özbəkistana səfər edib
Dünya 00:13
Lavrov Özbəkistana səfər edib
İsrail XİN Papa ilə bağlı paylaşdığı başsağlığını dərhal silib
Dünya 00:04
İsrail XİN Papa ilə bağlı paylaşdığı başsağlığını dərhal silib
Tramp Yaxın Şərq ölkələrinə səfər edəcək
Dünya 23:10
Tramp Yaxın Şərq ölkələrinə səfər edəcək
Ərdoğan Şahbaz Şəriflə görüşüb
Dünya 22:14
Ərdoğan Şahbaz Şəriflə görüşüb
Makron parlamenti buraxmağı düşünür - Bloomberg
Dünya 21:45
Makron parlamenti buraxmağı düşünür - Bloomberg
ABŞ Aİ-yə Krımı Rusiya ərazisi kimi tanımağı təklif edəcək - KİV
Dünya 21:23
ABŞ Aİ-yə Krımı Rusiya ərazisi kimi tanımağı təklif edəcək - KİV
Ankarada saxta içkidən zəhərlənənlərin sayı 105-ə çatıb
Dünya 20:23
Ankarada saxta içkidən zəhərlənənlərin sayı 105-ə çatıb
Trampla Netanyahu arasında telefon danışığı olub
Dünya 19:30
Trampla Netanyahu arasında telefon danışığı olub
Rusiyada partlayış olub, fövqəladə vəziyyət elan edilib
Dünya 19:27
Rusiyada partlayış olub, fövqəladə vəziyyət elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol