Qlobal enerji və metallurgiya üçün Rusiya kömürünün dəniz ixracı rekord səviyyədədir. Çatdırılmalar təxminən 1,5 dəfə artıb. Bu barədə Bloomberg yazıb.
Aİ sentyabrda Avropa sığorta, nəqliyyat və maliyyə şirkətlərinə qlobal enerji təhlükəsizliyi naminə Rusiya kömürünün digər ölkələrə tədarükündə iştirak etməyə icazə verdikdən sonra dənizlə kömür daşınması 2017-ci ildən bəri ən yüksək səviyyəyə yaxındır.
Rusiya kömürünün əsas ixrac marşrutları arasında Hindistan, Türkiyə, Çin və Cənubi Koreya var. Kpler konsaltinq firmasına görə, oktyabrda tədarüklər 16,6 milyon ton təşkil edib, bu, Rusiyanın dəniz kömür ixracının beş ilin ən yüksək həddinə çatdığı iyundakı ilə eynidir.
Aİ-də kömürə tələbat artıb ki, bu da qlobal tələbatın artmasına səbəb olub. Aİ ölkələri bahalı qazı əvəz etmək üçün kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini bərpa edir.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !