Rusiya koronavirus əleyhinə peyvəndi satışa çıxara bilər

17:50 | 30.07.2020
Rusiyanın N.F.Hamalei adına Milli Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış koronavirusa qarşı vaksin Tibbi Tətbiq olunan Vasitələrin Ekspertizası Elmi Mərkəzinə ekspertizaya təqdim edilib.

Yenisabah.az xəbər verir ki, vaksinin 10-12 avqustda qeydiyyata alınacağı gözlənilir. Bundan əlavə, vaksin 5-7 gün ərzində Səhiyyə sahəsinə Nəzarət üzrə Federal Xidmətdə yoxlanılacaq.

Qeyd edək ki, bundan əvvəl vaksini ilk olaraq risk qrupunda olan insanların – müəllimlər, həkimlər, həmçinin 1500-dən çox könüllülərin alacağı bildirilmişdi.
 
Onun effektivliyi və təhlükəsizliyindən tamamilə əmin olmaq üçün beş-altı ay vaxt tələb olunur. 2021-ci ilin yanvar-fevral aylarında vaksinin kütləvi dövriyyəyə buraxılması nəzərdə tutulur.


www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM