Rusiya çökür, Ermənistan isə onun xarabalıqlarının altında qalacaq

11:07 | 18.12.2014
Rusiya çökür, Ermənistan isə onun xarabalıqlarının altında qalacaq

Rusiya çökür, Ermənistan isə onun xarabalıqlarının altında qalacaq

Rusiyanın düşdüyü ağır sosial-iqtisadi böhran Ermənistan üçün təhlükəli prespektiv vəd edir.

ANN.Az AzNews.az-a istinadən xəbər verir ki, bu sözlər erməni analitik Akop Badalyanın "Putinə ultimatum verildi" başlıqlı məqaləsindəndir.

Erməni analitikin fikrincə, Ermənistan Rusiya xarabalıqlarının altında qala bilər: "Ermənistanın təhlükədən uzaqlaşmağını isə yalnız arzu edə bilərik. SSRİ-nin tam dağılmasının ikinci və üçüncü mərhələsində Ermənistan bu xarabalıqlar altında qalacaq. Və Ermənistanın istəyib-istəməməsindən asılı olmayaraq dəyərlərini itirəcək və ölkə xaosa sürüklənəcək".

Akop Balyanın sözlərinə görə, Rusiyada Krımın ilhaqı sevinci tezliklə sona çatdı: "Rusiya Krımı birləşdirmədi, əksinə tam olaraq "Krıma düşdü". Rusiyanın maliyyə və iqtisadi bazarındakı son vəziyyət Putinin ətrafında yaradılmış suni mifi darmadağın etməkdədir".

ABŞ Dövlət Departamenrinin Cen Psakinin rublun məzənnəsinin düşməsi barədə deyilənləri xatırladan erməni analitik qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların hələ tam tətbiq olumadığını bildirməklə yanaşı qeyd edib ki, hazırda Rusiya baş verənlər sanksiyalar fonunda yaşanan psixoloji effektdən qaynaqlanır.

Akop Badalyanın qənaətincə, Rusiyanın tezliklə sıradan çıxmasında Qərb maraqlı deyil. Qərb tədricən Rusiyanı çökdürüb, dünya bazarını buna uyğunlaşdırmaq istəyir: "Bu proses tədricən və uzunmüddətli olacaq. Yaşanan hadisələr isə Putinə verilmiş ultimatumdur. Ona Qəddafi və Səddam taleyini, ya da dərhal hakimiyyəti tərk etmək seçimi verilib. Qərb təklif etdiyi hər iki seçimdə ciddi olduğunu göstərməkdədir. Seçimi isə "İmperator" edəcək. Onun üçünsə "heç vaxt daha gec" seçimi işləmir. Ona daha bir ultimatum edilməyəcək və seçim şansı verilməyəcək".

Sözügedən məqalədə deyilir ki, SSRİ-nin faktiki olaraq tam dağılması prosesini Putin başa çatdırmaq üzrədir:

"Rusiyada şəxsiyyət və dəyərlər hakim sistem üçün heç vaxt oyun qaydaları olmayıb. Putin əsas missiyasını yerinə yetirib - SSRİ-nin dağılmasının ikinci və son mərhələsi üçün zəmin hazırlayıb. Putinin bunu şuurlu etməsi də istisna deyil. Əks təqdirdə Putin Qərblə tezliklə danışıqlara və geri çəkilmə prosesinə başlamalıdır. Əgər doğrudan da nə etdiyinin fərqində deyilsə, Qərbə ümidsiz şəkildə müqavimət göstərməkdə davam edəcək. Bütün bunlar isə Rusiyadan hər cəhətdən asılı olan Ermənistan üçün təhlükəlidir".

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti