Qanun layihəsini müzakirəyə çıxaranlar arasında Sergey Mironovun adı var.
Rusiya Dövlət Dumasında Krımın Rusiyaya birləşdirilməsini nəzərdə tutan qanun layihəsi qeydiyyatdan keçib.
ANN.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
Sənəd xarici ölkə ərazisində keçirilən referendumun nəticələrinə əsasən ərazi subyektinin Rusiyaya birləşməsini nəzərdə tutur.
Burada şərt kimi həmin subyektin hakimiyyət strukturlarının Rusiyaya müraciəti və bu müraciətə müsbət cavab verilməsi göstərilir.
Müvafiq qanun layihəsini müzakirəyə çıxaranlar arasında Sergey Mironovun adı var.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !