Rusiya Krıma ölüm raketləri göndərir

16:24 | 14.03.2014
Rusiya Krıma ölüm raketləri göndərir

Rusiya Krıma ölüm raketləri göndərir

Rusiya ordusu Krımın şimalına “Uraqan” yaylım atəş sistemləri və iri çaplı raketlər yerləşdirir.“Axar.az” xəbər verir ki, bu barədə Ukrayna Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Timçuk özünün  Feysbuk səhifəsində yazıb.“Eşelonda 12 raketuçuran qurğu və 10 ağır qurğudaşıyan maşın var. “Uraqan 9K57” reaktiv yaylım atəş sistemi çox ciddidir. Onun bir ədədi Simferopol kimi şəhərin yarısını yer üzündən silməyə bəs edər” deyə Timçuk bildirib.Ukrayna Müdafiə Nazirliyinin Krımdakı mətbuat mərkəzinin rəhbəri Vladislav Seleznyov da özünün Feysbuk səhifəsində Rusiya ordusuna aid hərbi texnika karvanının Kerç boğazından keçdiyini yazıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür