Rusiya Krıma nüvə silahı yerləşdirə bilər

18:35 | 11.03.2015
Rusiya Krıma nüvə silahı yerləşdirə bilər

Rusiya Krıma nüvə silahı yerləşdirə bilər

Rusiya Xarici İşlər Nazirliyi işğal edilmiş Krımda nüvə silahı yerləşdirəcəkləri ilə bağlı anons verib.

ANN.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Moskvada keçirilən mətbuat konfransında XİN-in silahlar üzərində nəzarət və onların yayılmaması məsələləri  üzrə departamentinin direktoru Mixail Ulyanov ukraynalı jurnalistin sualını cavablandırarkən məlumat verib:

"Sizin üçün Krım Ukraynanın, mənim üçün isə Rusiyanın bir hissəsidir və rus diplomatı kimi deyə bilərəm ki, Rusiya vacib hesab edərsə, öz ərazisinə nüvə silahı yerləşdirmək haqqına sahibdir”.

Bununla yanaşı rus rəsmisi hazırda Krıma nüvə silahının yerləşdirilməsindən və belə bir planın olmasından xəbərsiz olduğunu qeyd edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM