Rusiyanın "Aeroflot” şirkətinin törəmə müəssisəsi olan "Pobeda” loukosterinə Azərbaycan da daxil olmaqla, 15 ölkəyə uçuş etmək üçün buraxılış verilməsindən imtina olunub.
Oxu.Az Lenta-ya istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya Hava Nəqliyyatı Federal Agentliyinin saytında yerləşdirilən sənəddə verilib.
Sənədə əsasən, loukosterə Azərbaycan, Bolqarıstan, İspaniya, İsrail, İtaliya, Fransa, Kuba, İordaniya, Latviya, Estoniya, Niderland və Macarıstana uçuşlar təşkil etməsi üçün üçün buraxılış verilməyib.
Bildirilir ki, "Pobeda” loukosteri 17 sentyabr 2015-ci il tarixindən 14 may 2016-ci il tarixinədək buraxılışdan istifadə etmək niyyətində olub.
Sənəddə həmçinin qeyd olunur ki, "Aeroflot” şirkətinin nəzarəti altına keçən "Transaero” hava şirkəti dünyanın 14 şəhərinə uçuş üçün buraxılışı özü geri çağırıb.
Beləliklə şirkət Bali, Krabi, Madrid, Monteqo-Bey, Milan, London, Roma, Riqa və Təl-Əvivə də uçuşları dayandırır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !