Futbol üzrə Rusiya milli komandası 2024-cü il Avropa çempionatında iştirak etməyəcək.
Bu barədə Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko açıqlama verib.
Funksioner bildirib ki, Valeri Karpinin baş məşqçi olduğu kollektiv ən azı 2024-cü ilədək beynəlxalq yarışlara buraxılmayacaq.
FIFA və UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya yığmalarını və klublarını öz bayraqları altında keçirilən turnirlərdən kənarlaşdırıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !