Rusiya millisində ağır itki

13:38 | 07.06.2014
Rusiya millisində ağır itki

Rusiya millisində ağır itki

Rusiya millisi iyunun 12-si başlayacaq dünya çempionatına ciddi itki ilə yollanacaq.Qol.az xəbər verir ki, komandanın kapitanı Roman Şirokovun adı DÇ-2014-ə sifariş olunan 23 nəfərlik siyahıdan çıxarılıb.Rusiya Premyer liqasında "Kuban"la matçda zədələnən "Krasnodar"ın yarımmüdafiəçinin zədəsi müalicə olunsa da, sağalmayıb. Bu səbəbdən o, dünya çempionatında iştirak edə bilməyəcək.Yığmanın baş məşqçisi Fabio Kapello R.Şirokovun əməliyyat olunacağını söyləyib. O, komandanın kapitanın əvəzinə heyətə Pavel Moqileveçin daxil edildiyini deyib.Qeyd edək ki, Rusiya millisi "DÇ-2014"də H qrupunda Belçika, Cənubi Koreya və Əlcəzair yığmaları ilə mübarizə aparacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti