Moskvanın OMİK klubuna rəhbərlik edən Leonid Slutski futbol üzrə Rusiya milli komandasının baş məşqçisi təyin edilib. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, bu haqda Rusiya Futbol Federasiyasının rəsmi saytında məlumat verilib.
Slutski 2016-cı ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsi başa çatana qədər Rusiya millisinin baş məşqçisi olacaq. O, həmin müddətdə OMİK-in də baş məşqçisi olaraq qalacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !