Rusiya "misli görünməmiş" əməliyyat keçirdi

21:05 | 11.12.2014
Rusiya

Rusiya "misli görünməmiş" əməliyyat keçirdi

Rusiyanın Baltik dənizində həyata keçirdiyi dəniz və hava qüvvələri əməliyyatı "misli görünməmiş” əməliyyatdır.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Tomas Siemoniak açıqlama verib.

Onun sözlərinə görə, Rusiyanın bu əməliyyatı dənizdə və havada həyata keçirilib. Bundan isə daha çox İsveçrə təsirə məruz qalıb. Britaniya da daxil olmaqla, Baltikyanı ölkələrin NATO tərəfdaşları bölgədə hərbi təyyarələrə və hava polisi missiyasına malikdir və Rusiya təyyarələrini nəzarətdə saxlayırlar.

Ukraynadakı son döyüşlər isə gərginliyi bir az da artırıb. Nazirin sözlərinə görə, Rusiya bu əməliyyatı keçirməklə NATO müdafiəsini sınaqdan keçirib. Siemoniak bildirib ki, Polşa ordusunun yüksək hərbi hazırlıq vəziyyətinə gətirməyə heç bir ehtiyac yoxdur.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM