"Rusiya Müdafiə Nazirliyi Türkiyənin Suriyada Rusiya məxsus "Su -24" qırıcı təyyarəsini vurmasına qeyri-dostluq əməli kimi baxır". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
"Türkiyə Hərbi Hava Qüvvələrinin hərəkətinə qeyri-dostluq əməli kimi baxırıq", deyə məlumatda qeyd olunub.
Rusiya Müdafiə Nazirliyi Suriyada "Su-24" qırıcı təyyarəsinin vurulması ilə bağlı insidentdən sonra Türkiyə tərəfi ilə təcili əlaqəyə çıxmağın mümkün olmadığını açıqlayıb: "Nazirliyinin mütəxəssisləri tərəfindən Türkiyə tərəfi ilə qarşılıqlı əlaqə yaratmaq üçün təcili əlaqəyə çıxmaq cəhdləri nəticə verməyib".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !