"Türkiyə Rusiyanın Su-34 təyyarəsinin Suriya-Türkiyə sərhədinin pozması barədə faktiki heç bir məlumat təqdim etməyib".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, Rusiya MN Türkiyənin ittihamları ilə əlaqədar yaranmış vəziyyəti, eləcə də NATO və Pentaqon rəsmilərinin Türkiyə ilə həmrəy olduqlarını diqqətlə izləyir: "Diqqətinizi Ankaraya dəstək bəyanatının hansı sürət və sxemlə yayılmasına yönəltmək istəyirəm. Nədənsə, NATO və Pentaqondakı yoldaşlara hər şey dərhal aydın olub. Baxmayaraq ki, rayon, hündürlük, obyektin havada sürəti ilə bağlı Ankara tərəfindən heç bir məlumat verilməyib. Bu "insident” haqqında bütün obyektiv məlumatlar ancaq bu məlumatı yayanın fantaziyasında mövcuddur”.
İ. Konaşenkov qeyd edib ki, Suriyanın şimalında hökumət qüvvələrinin Hava Hücumundan Müdafiə Sistemi, eləcə də Rusiyanın C-400 sistemi gün ərzində 24 saat hava məkanındakı vəziyyəti müşahidə edir: "Biz diqqətlə Suriyanın şimalındakı hava məkanındakı uçuşlara dair məlumatları müşahidə edirik. Rusiya Hərbi Kosmik Qüvvələrinin təyyarəsi tərəfindən Suriya-Türkiyə sərhədinin pozulması faktı qeydə alınmayıb. Bundan başqa, Türkiyə nümayəndələrinin çoxsaylı bəyanatlarına baxmayaraq, diplomatik və ya digər kanallarla heç bir məlumat təqdim olunmayıb. Türkiyə tərəfindən başladılan isterika təkcə "səsli təbliğat” deyil, həm də planlaşdırılmış təxribatın açıq-aydın əlamətidir”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !