“Bir müddət öncə Seyran Ohanyanın Naxçıvan hadisələri ilə bağlı türkiyəli hərbçilərdən şübhələnməsini rəsmi şəkildə dilə gətirməsi belə KTMT-yə təsir etmədi”.
Axar.az xəbər verir ki, bu iddia ilə Ermənistan mətbuatı çıxış edib.
Mətbuat bundan sonra Ermənistanda heç vaxt inqilabın olmayacağını söyləyib:
“Rusiya KTMT-də Naxçıvan məsələsini müzakirəyə çıxarmadı. Əslində, təəccüblənəsi heç nə yox idi. Çünki Rusiya və Belarusiya Azərbaycana silah satır, Qazaxıstan isə artıq rəsmi Bakı ilə müttəfiqdir. Hətta bir müddət öncə Seyran Ohanyanın Naxçıvan hadisələri ilə bağlı türkiyəli hərbçilərdən şübhələnməsini rəsmi şəkildə dilə gətirməsi belə KTMT-yə təsir etmədi. General Arkadi Baxinin də çıxışı heç nədən səsləndirilməmişdi. KTMT bununla həm də rəsmi olaraq Ermənistanda demokratik inqilabın olmayacağını söylədi. Artıq ölkə müxalifəti də irəli sürdüyü tələblərdə müstəqillik ideyalarına yaxın dayanmır. Ümumiyyətlə, bütün hər kəs bu ideyalardan danışmağa qorxur. Görünür, Ermənistanın artıq müstəqillik qələmini qırıblar”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !