Ermənistanın keçmiş müdafiə naziri David Tonayan, Qarabağdakı müharibə zamanı Rusiyanın müttəfiqlik borclarını yerinə yetirdiyini bildirib.
"Sputnik Armeniya" xəbər verir ki, Tonayan bu barədə "Mediamaks” agentliyinə müsahibəsi zamanı məlumat verib:
"Qarabağdakı müharibə boyunca rus həmkarı ilə daim əlaqə saxladı və bu da son dərəcə vacib vəzifələrin həll edilməsinə imkan yaratdı”.
"Məlum səbəblərdən danışılanları açıqlamayacağam, amma birmənalı olaraq deyə bilərəm ki, müharibə vaxtı Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirmək üçün əlindən gələni etdi”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !