Rusiya müxalifətinin lideri martın 1-də dəfn olunacaq

14:28 | 28.02.2024
Rusiya müxalifətinin lideri martın 1-də dəfn olunacaq

Rusiya müxalifətinin lideri martın 1-də dəfn olunacaq

Fevralın 16-da cəzaçəkmə müəssisəsində qəflətən ölən Rusiya müxalifətinin lideri  Aleksey Navalnı martın 1-də Moskvanın Borisov qəbirstanlığında dəfn ediləcək.  Bu barədə "BAZA” teleqram kanalı məlumat verib.
 
Navalnının nəşi fevralın 24-də anası Lüdmila Navalnıyaya təhvil verilib.
 
Əvvəl Navalnının fevralın 29-da dəfn ediləcəyi bildirilmişdi. 
 
Aleksey Navalnı 1976-cı ildə Moskvada anadan olub. Rusiya prezidenti Vladimir Putinə aparıcı müxalifət sayılırdı.  

2013-cü ildə Moskva meri seçkilərində 27,24% səs toplayaraq Sergey Sobyanindən sonra ikinci yeri tutub.  2013-cü ilin noyabrından "Gələcəyin Rusiyası” siyasi partiyasının Mərkəzi Şurasına rəhbərlik edib. O, 2018-ci ilin martında keçirilən Rusiya prezident seçkilərində iştirak etmək niyyətini açıqlayıb və   tam hüquqlu seçki kampaniyası aparan yeganə siyasətçi olub.  Lakin Mərkəzi Seçki Komissiyası  onu qeydə almaqdan imtina edib. 2017-2018-ci illərdə Rusiyada kütləvi etiraz hərəkatının liderlik edib.  

2009-cu ildə Navalnı "Vedomosti” qəzeti tərəfindən "ilin adamı”  elan olunub.  2012 və 2021-ci illərdə "Time” jurnalı onu dünyanın 100, 2017-ci ilin iyununda isə internetin ən nüfuzlu 25 adamından biri adlandırıb.

2020-ci ildə kimyəvi maddə  ilə zəhərlənmə nəticəsində komaya düşüb.  Avqustun 20-dən 22-dək Omsk şəhər 1 saylı şəhər klinik xəstəxanasının toksikologiya şöbəsində, avqustun 22-dən sentyabrın 22-dək isə Berlindəki Charite xəstəxanasında müalicə olunub, evə buraxıldıqdan sonra Almaniyada reabilitasiya kursu keçib. 

17 yanvar 2021-ci ildə Almaniyada müalicə olunduqdan sonra Navalnı Berlindən Moskvaya qayıdıb və pasport nəzarətindən keçərkən həbs olunub.  

Navalnının zəhərlənməsi beynəlxalq və ümummilli rezonans doğurub. Avropa İttifaqı və Böyük Britaniya 6 yüksək rütbəli Rusiya məmurunu Navalnıya qarşı  kimyəvi silahdan istifadə etməklə sui-qəsd təşkil etməkdə sulçlayıb və onlara qarşı sanksiyalar tətbiq edib.

Rusiya hakimiyyəti onun zəhərlənməsində əli olması ilə bağlı ittihamları rədd edib. Vladimir Putin, mən istəsəydim o sağ qalmazdı deyə ittihamlara cavab verib. 

2021-ci ilin mayında Amnesty International hüquq müdafiə təşkilatı Navalnıya "vicdan məhbusu” statusu verib. 

2021-ci ilin oktyabrında Avropa Parlamenti Navalnıya Avropa Birliyinin insan haqları üzrə əsas mükafatı olan Saxarov mükafatı ilə təltif edib,  2022-ci ildə Nobel Sülh Mükafatına namizəd olub. 

2022-ci il martın 22-də Moskvanın Lefortovo Rayon Məhkəməsi Aleksey Navalnını dələduzluq və məhkəməyə hörmətsizlik ittihamı ilə ciddi rejimli koloniyada doqquz il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. 

4 avqust 2023-cü ildə Moskva Şəhər Məhkəməsi Aleksey Navalnı ekstremist icma yaratmaq, ekstremist fəaliyyəti maliyyələşdirmək və internetdə ekstremizmə çağırış ittihamı ilə xüsusi rejimli koloniyada daha 19 il həbs cəzasına məhkum edib.
 
Xalidə Əliyeva

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM