Rusiya üçün geridönməz krizis başladı

15:59 | 30.01.2015
Rusiya üçün geridönməz krizis başladı

Rusiya üçün geridönməz krizis başladı

Moskva birjasında 1 avro 80 rubl olub.

ANN.Az Axar.az-a istinadən xəbər verir ki, avronun qalxmasına səbəb Rusiya Mərkəzi Bankının inflyasiya səviyyəsi və faiz dərəcələrini elan etməsi olub.

Hazırda avronun kursu 2.48 rubl qalxaraq 80.15 rubl olub. Dollar isə 70.87 rubl olub.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı da 31 yanvar üçün dolların satış kursunu qaldırıb. Mərkəzi Bankın yaydığı məlumatda 31 yanvar üçün bir dollar 68,73-dən 68,92 rubla, avro isə 77,56-dan 78,11 rubla satılacaq. Birjalarda isə bankların dolları daha yuxarı qiymətə satacağı proqnozlaşdırılır.

Beləliklə, Rusiya üçün ekspertlərin proqnozlaşdırdığı geridönməz krizis başladı. Xatırladaq ki, iqtisadçılar bir dolların 70 rublu keçəcəyi təqdirdə Rusiya iqtisadiyyatının kəskin krizisə girəcəyini açıqlamışdılar.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM