• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya üçün növbədə Azərbaycandır - ABŞ eksperti

Rusiya üçün növbədə Azərbaycandır - ABŞ eksperti
08.04.2014 11:24
Bu barədə ABŞ-ın Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə İnstitutunun direktoru Svante Kornel deyibUkraynada baş verənlərin fonunda Cənubi Qafqaz regionu dünyanın diqqət mərkəzinə çevrilib. Belə ki, dünya mətbuatı Rusiya prezidenti Vladimir Putinin həyata keçirmək istədiyi Belarusdan Tacikistana kimi “Avrasiya” imperiyası haqda məqalələr dərc edib.Valdimir Putinin “Avrasiya” imperiyası yaratmaqla bağlı cəhdlərini şərh edən ABŞ-ın Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə İnstitutunun direktoru Svante Kornel bildirib ki, Vaşinqton hökuməti Krım respublikasının Rusiyaya birləşdirilməsinə etiraz etməklə düzgün addım atıb: “Çünki Ukrayna NATO üzvüdür. İndi isə ABŞ təcili Cənubi Qafqaz dəhlizinin təhlükəsizliyi üçün hərəkətə keçməlidir. Ukraynanın taleyi ilə Cənubi Qafqaz regionu bir-biri ilə sıx bağlıdır. Belə ki, Ukrayna və Cənubi Qafqaz Vladimir Putinin “Avrasiya” imperiyası ilə bağlı arzusunu həyata keçirmək üçün önəmli regionlardır. Putin Belarusdan Tacikistana kimi imperiya yaratmaq niyyətindədir”.Politoloqun fikrincə Rusiya həmçinin NATO-ya qarşı mübarizə aparır: “2008-ci ildə Rusiya Gürcüstana hərbi müdaxiləni NATO-nun təsir qüvvəsinin genişləndirilməsinin qarşısını almaq üçün həyata keçirmişdi”.Rəsmi Moskvanın Ermənistan üzərində nəzarəti möhkəmləndirdiyini deyən politoloq növbədə Gürcüstan və Azərbaycanının olduğunu hesab edir. Onun sözlərinə görə Putin bu planını həyata keçirmək üçün hər iki ölkədəki rusiyameyilli müxalifəti maliyyələşdirir.“Rusiya Ermənistanda olan hərbi bazalarından istifadə edərək Dağlıq Qarabağ münaqişəsini yenidən gündəmə gətirə bilər. Gürcüstan isə Rusiya ilə Ermənistanda yerləşən rus hərbi bazaları arasında yerləşir. Bu, çox təhlükəlidir. Azərbaycan NATO-ya üzv olmağa tələsmir, lakin Vaşinqton sözügedən məsələ ilə bağlı danışıqlara başlamalıdır ABŞ prezidenti Barak Obama Gürcüstanı NATO-ya üzv etmək üçün tələsməlidir”, - deyə Svante Kornel əlavə edib. ANS PRESS
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Türkiyəyə səfərə gedib
Siyasət 19:25
Prezident Türkiyəyə səfərə gedib
Serbiyanın Azərbaycandakı səfirinə "Dostluq" ordeni təqdim olunub
Siyasət 13:27
Serbiyanın Azərbaycandakı səfirinə "Dostluq" ordeni təqdim olunub
Azərbaycan XİN Polşaya başsağlığı verib
Siyasət 12:31
Azərbaycan XİN Polşaya başsağlığı verib
Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib
Siyasət 12:05
Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib
İlham Əliyev Ərdoğana başsağlığı verib
Siyasət 11:47
İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 10:10
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Türkiyəyə başsağlığı verib
Siyasət 20:30
Azərbaycan Türkiyəyə başsağlığı verib
Özgür Özəl İlham Əliyevə zəng edib
Siyasət 15:09
Özgür Özəl İlham Əliyevə zəng edib
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
Siyasət 14:09
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol