Rusiyanın ixrac etdiyi Ural neftinin 1 barelinin qiyməti bir həftə içində 101 dollardan 96 dollara qədər enib. Bu göstərici Rusiya tərəfinin narahatlığına səbəb olub.Axar.az xəbər verir ki, 25 iyunda Ural nefti 109,7 dollardan ixrac olunduğu halda, iki ay ərzində olan itki 14 dollara qədər yüksəlib. Brent markalı neft isə 101,5 dollardan ixrac olunur.Ötən həftə 102,9 dollar qiymətləndirilən Brent markalı neftin dəyəri 30 iyulda 106 dollara qədər yüksəlmişdi. Qeyd edək ki, Rusiya büdcəsinin 50%-ə yaxın hissəsi neft və təbii qaz gəlirlərindən formalaşır.Rusiya dövlət başçısı Vladimir Putin 2013-cü ildə neftdən 191-194 milyard dollar, təbii qazdan isə 28 milyard dollar gəlir əldə etdiklərini açıqlamışdı. Daha sonra Ukrayna böhranı ilə əlaqədar olaraq sanksiyalar və Uzaq Şərq bazarlarındakı tələbatın azalması neftin qiymətinin düşməsinə səbəb oldu.2014-cü il üçün neftin qiymətinin gözləntisi 110 dollar ətrafında idi. Ancaq rəqəmlərin qısa bir müddətdə 100 dollardan daha aşağıya düşməsi böyük narahatlığa səbəb olub.
Xatırladaq ki, “Röyter”in məlumatına görə, neftin bir barelində 1 dollarlıq eniş Rusiya büdcəsinin 1,4 milyard dollarlıq itkisindən xəbər verir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !