Rusiya NATO ilə əməkdaşlığı dayandırdı

20:30 | 15.04.2019
Rusiya NATO ilə əməkdaşlığı dayandırdı

Rusiya NATO ilə əməkdaşlığı dayandırdı

Rusiya və NATO mülki və hərbi istiqamətlərdə əməkdaşlığı tamamilə dayandırıb.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko "RİA Novosti”yə açıqlama verib.

"NATO özü Rusiya ilə münasibətlərdə müsbət gündəmdən imtina edib. Belə bir gündəm artıq mövcud deyil. NATO rəhbərliyinin problemdən çıxış yolunu bilməsinə dair heç bir əlamət görünmür”, - deyə o bildirib.

XİN rəhbərinin müavini Atlantika Alyansının hərbi xətdə normal işgüzar təmaslara son qoymaq qərarının absurd olduğunu hesab edir. Onun sözlərinə görə, bir çox cəhətlərdə Avropada təhlükəsizlik məhz Rusiya və NATO əlaqələrindən asılıdır.

Xatırladaq ki, Rusiya ilə NATO arasında əlaqələr 1991-ci ildə qurulub. Qruşko 2018-ci ilin yanvar ayına qədər Rusiyanın NATO baş qərargahındakı (Brüssel) daimi nümayəndəliyinə rəhbərlik edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb