Rusiya NATO ilə müharibəni intihara bərabər tutdu – RƏSMİ

18:16 | 22.06.2015
Rusiya NATO ilə müharibəni intihara bərabər tutdu – RƏSMİ

Rusiya NATO ilə müharibəni intihara bərabər tutdu – RƏSMİ

"Baltikyanı ölkələr NATO-dan pul almaq üçün Rusiyanın bu regiona soxulacağı barədə yalan məlumatlar yayırlar. Bu, psixi pozğunluq, zəhlətökən fikir və xəstəlikdir”.

Modern.az saytının məlumatına görə bunu "Financial Times” qəzetinə müsahibəsində Rusiya Prezident  Administrasiyasının rəhbəri Sergey İvanov deyib.

Onun sözlərinə görə Baltikyanı dövlətlər bununla hərbi büdcəni lazımsız yerə xərcləmək niyyətini güdür. Sergey İvanov Rusiyanın Baltikyanı regiona mümkün müdaxilə ehtimalları barədə səslənən iddiaları mənasız hesab etdiyini bildirib.
"Siz ciddi düşünürsünüz ki, biz NATO ilə müharibəyə başlamaq istəyirik? Siz fikirləşirsiniz ki, biz intihara sürüklənirik?”,-deyə o qeyd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM