Rusiya Navalnayanı ekstremistlərin reyestrinə daxil edib

19:50 | 11.07.2024
Rusiya Navalnayanı ekstremistlərin reyestrinə daxil edib

Rusiya Navalnayanı ekstremistlərin reyestrinə daxil edib

"Rosfinmonitorinq" Yuliya Navalnayanı terrorçular və ekstremistlər siyahısına əlavə edib. Bu barədə idarənin rəsmi saytında məlumat verilib.

Departamentin reyestrində Aleksey Navalnının arvadının adı 9480-cidir. "Navalnaya Yuliya Borisovna, 24 iyul 1976-cı il təvəllüdlü, anadan olduğu yer Moskvada", deyə siyahıda qeyd edilir.

İyulun 9-da Moskvanın Basmannı məhkəməsi istintaqın tələbi ilə razılaşıb və Navalnayanın ekstremist icmada iştirak ittihamı ilə qiyabi həbs edilməsinə qərar verib. Məhkəmənin qərarına əsasən, o, Rusiya ərazisinə gələn kimi iki ay müddətinə həbs olunacaq.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM