Aleksey Ulyukayevin sözlərinə görə, böhran öz təzahürünü rublun zəifləməsində tapa bilər.
"Bilavasitə heç bir təsir göstərməyəcək, çünki ticarət və investisiya həcmləri o dərəcədə cüzidir ki, birbaşa təsir ola bilməz”.
Lakin Rusiya rəsmisi deyib ki, böhranın təsiri neft qiymətləri vasitəsilə hiss oluna bilər.
"Bizim əsas ixrac malımızla əməliyyatlar sözsüz ki, valyuta kursuna təsir göstərir”, - deyən nazir neftin ucuzlaşmasının rublun məzənnəsinə təzyiq göstərəcəyini deyib.
Bununla yanaşı cənab Ulyukayev deyib ki, böhran nəticəsində pul kütləsi inkişaf edən bazarları tərk edə bilər.
Hərçənd ki, o bu prosesin qısa müddətli olacağını hesab edir.
Bazar günü Yunanıstan referendumunda sərt qənaət tədbirlərində israr edən beynəlxalq kreditorların şərtləri rədd edilib.
Səsvermənin nəticələri məlum olandan sonra dünya bazarlarında avro, neft və əsas səhmlərin qiymətləri aşağı düşüb.//bbc.com/azeri
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !