Rusiya neftinin Azərbaycandan nəqli dayandırılır - ÖZƏL

18:37 | 30.11.2022
"Lukoil" dekabrda Qərbin sanksiyaları səbəbindən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Xəzər neftinin ixracını dayandıracaq və ona məxsus xam nefti Xəzər Boru Kəməri Konsorsiumu (XBKK) sisteminə yönləndirəcək.

Rusiya neft şirkətləri dekabrın 5-dən etibarən Rusiya neftinin idxalını qadağan edən Avropa İttifaqı embarqosunun qüvvəyə minməsi  ərəfəsində ixrac marşrutlarını dəyişir.

Qazaxıstan neftinin əsas ixrac marşrutu olan Xəzər Boru Kəməri Konsorsiumu anti-Rusiya sanksiyalarına məruz qalmayıb. Bununla bağlı Qərb ölkələrindən BTC ilə bağlı hələlik heç bir şərh yoxdur.

"Rusiya nefti BTC-ni tərk edir, səbəb sanksiyalardır. BTC Rusiya neftini ölkəyə buraxmır", - deyə mənbələrdən biri bildirib.

"Lukoyl" BTC vasitəsilə Korçagin və Filanovski yataqlarından ildə təxminən 2 milyon tona yaxın neft ixrac edir, başqa mənbə bildirib.

"Lukoyl” neft tədarükünü şərh etmədiyini bildirib. Xəzər Boru Kəməri Konsorsiumu nümayəndəsi isə bildirib ki, konsorsium neft ixrac edən şirkətlərin planlarını şərh etmir.

İlkin plana əsasən, "Lukoyl"un Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə neft ixracı noyabrda 364 min tondan dekabrda 660 min tona kimi yüksələcək.

Qazaxıstanda hasil edilən neftin 80%-dən çoxu Xəzər Boru Kəməri Konsorsiumu sistemi ilə ixrac edilir, bu kəmərlə icrax edilən neftin ümumi həcmində Rusiya neftinin payı təxminən 10%-dir.

2022-ci ilin yanvar-oktyabrında BTC ilə Azərbaycan neftinin ixracı 2021-ci ilin müvafiq dövründəki 21,8 milyon tondan 24,4 milyon tona kimi artıb. 

BTC-nin sutkada 1 milyon barel neft ötürmə gücü var və kəmər tam gücü ilə istismar olunmur. 2023-cü ildə ixracın sutkada 660 min barel səviyyəsində olması planlaşdırılır.

BTC neftinin əsas ixracatçıları Azərbaycanın SOCAR və BP şirkətləri, həmçinin Macarıstanın MOL, Amerikanın Exxon və Türkiyənin TPAO şirkətləridir.

N.Təbrizli

www.anews.az
1
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb